Türkiyəli gənc qız əlil arabasında olan oğlan dostunu rəfiqələri ilə tanış etmək qərarına gəlir. Oğlanın vəziyyətindən qızlar restoranda görüşəndə xəbər tuturlar. Rəfiqələrinin münasibətə ciddi yanaşdığını, hətta bu oğlanla evlənmək istədiyini biləndə qızlar cütlüyü lağa qoymağa başlayır. Oğlan stoldan ayrılan kimi bu dialoqu kənardan dinləyənlər qızları danlamağa başlayır.
Türkiyənin məşhur "Sen olsan ne yapardın?” verilişinin 29-cü bölümünün ssenarisi bu dəfə əlil arabasında olan sevgilisi olan cütlük haqqında olub. Süfrə arxasında yaşanan söz-söhbətlərə ətrafdakılarının reaksiyası gizli kameralarla lentə alınıb. inclusivenews.org bu görüntünü sizinlə paylaşır.