Söhbət Göyçay şəhəri, Həbibi küçəsində yaşayan Alı və Zahid Həsənov qardaşlarından gedir. Dərzi işləyən 49 yaşlı Alı Həsənov 30 ildir ki, bu sənətin sahibidir. Yaxınlarının sozlərinə görə, onların bu sahəyə maraq və istəkləri olduğu üçün çalışdıqları peşənin sirlərinə yiyələnə biliblər.
Dərzi Alı Həsənov əsasən sifarış qəbul edərək istənilən tərzdə paltar tikə bilir. Elə bunun üçün də Alı ustanın kifayət qədər müştərisi var. Müştərilərin sözlərinə görə, Alı Həsənovun dil qüsuru və eşitməməsi onun işləməsinə mane olmur. O, bəzən yazaraq müştəriləri ilə ünsiyət qurur.
Onun bərbər qardaşı, 41 yaşlı Zahid Həsənov da peşəkarlığı ilə digər saç ustalarından geri qalmır. Onun yanına gələn müştərilərin sayı kifayət qədərdir. Zahid müstərilərin zövqünü bilmək üçün kataloqdan istifadə edir.
Elə işlərinin peşəkarları olduqları üçündür ki, danışma və eşitmə qüsurları onların ünsiyyətinə və cəmiyyətə inteqrasiyalarına mane olmur.
Biz də Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı sizə təqdim edirik: