Bursada (Türkiyə) tekstil işindən təqaüdə çıxandan sonra toyuq-cücə saxlamaq və yumurta satışı işi ilə məşğul olan Seyfullah Aydın güzəranından məmnundur.
"Inclusivenews.org” Türkiyə mediasına istinadən məlumat verir ki, 500 toyuqla təsərrüfat yaratmağa başlayan S.Aydının hazırda 2 min toyuğu var. Gündə təxminən min yumurta əldə edən Aydın, orqanik yumurtaların 30 dənəsini 20 lirədən satır. Aydın, bu işə hobbi kimi başlayıb, amma yumurta və toyuğa tələbat artığı üçün biznes yaradıb. Beləliklə, o, hazırda özünü təqaüdçü yox, iş adamı kimi görür.
Toyuqlara gözü kimi baxdığını ifadə edən Aydın, "toyuqlarla o qədər yaxşı ünsiyyət qururam ki, hara getsəm məni təqib edirlər. Bir işarəmlə yanıma gəlirlər”-deyir təıqaüdçü S.Aydın.
S.Aydın işindən və dolanışığından çox razıdır: "Yaşlı vaxtımda belə bir təşəbbüs etdim və müvəffəqiyyətli alındı. Bunun hər kəsə nümunə olmasını diləyirəm”.