"Beşiktaş”ın ulduz futbolçuları oxumağa getdiyi Türkiyədə xərçəng xəstəliyinə tutulan gəncə imzalı forma göndəriblər”.
Türkiyənin "Beşiktaş” klubunun oyunçuları Türkiyədə qan xərçəngi olan azərbaycanlı tələbə İbrahim Fərhadlıya (Hacıyev) sürpriz ediblər. İbrahim Türkiyənin "Beşiktaş” klubunun fanatıdır.
Ona ən böyük dəstək komandasının məşhur futbolçularından gəlib. Almaniyalı ulduz Mario Gomez, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç,Cenk Tosun və Tolga Zəngin İbrahimə imzalanmış forma göndəriblər. Bundan başqa onlar İbrahimə dəstək mesajları yayımlayıblar.
İbrahim Bakı Dövlət Universitetində təhsil alıb. Təhsilini İstanbul Texniki Universitetində davam etdirmək üçün Türkiyəyə gedib. İmtahanda qəfildən burnundan qan açıldığı üçün həkimə gedib. Ona qan xərçəngi diaqnozu qoyurlar. Gəncin tibbi sığortası və vətəndaşlığı olmadığı üçün özəl xəstəxanada müalicə almalı olub. İstanbul Valiliyi gəncə kömək kampaniyasına başlayıb.