ahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən 20244 nəfər ailə üzvünü əhatə edən 4872 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib.
"Inclusivenews.org”-un Nazirliyin rəsmi mlspp.gov.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 19 fevral tarixindən tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) sosial yardım üçün müraciət edilməsi və müraciətlər üzrə ailələrin yardım almaq hüququna baxılaraq qərar qəbulu prosesinin avtomatlaşdırılmış rejimdə, şəffaf şəkildə həyata keçirilməsini təmin edir.
Nazirliyin rəsmi saytında bununla bağlı marifləndirici video rolik də çəkilib.