28 may Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Respublika günü 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.
Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti şərqdə, türk dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. 1918-ci il may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını bəyan edib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictiasmai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bu tarixi sənədə görə Müstəqil Azərbaycan dövləti Respublika elan olunub. Xalqımızın əziz bayramlarından olan Respublika Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu gün dövlət müstəqilliyimizin bərpası, xalqımızın azadlığa qovuşması baxımından şərəfli bir tarixdir.
RESPUBLİKA GÜNÜMÜZ MÜBARƏK!