Azərbaycanda görmə qabiliyyəti olmayan (I əlil qrup) abituriyentlər UCUN qəbul imtahanı müddətinin artırılması məsələsi qəbul qaydalarına daxil edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (Dim) Trend-ə verilən məlumata görə, indiyədək bu məsələ qaydalara daxil edilməmişdi. Lakin buna baxmayaraq,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında İŞTİRAK etmək istəyən görmə qabiliyyəti olmayan abituriyentlər UCUN AYRICA otaq ayrılırdı və onlarin imtahan müddəti artırılırdı:
"Nazirlər Kabinetinin yeni təsdiqədiyi qəbul qaydalarında isə bu məsələlər rəsmiləşdirilib. Görmə qabiliyyəti olmayan abituriyentlər UCUN imtahan müddətinin artırılması məsələsinin qəbul qaydalarına daxil edilməsi ali təhsil almaq istəyən belə abituriyentlərin sayının artmasına təsir göstərəcək".
Dim-dən bildirilib ki, "Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul qaydaları" na görə, görmə qabiliyyəti olmayan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və ONLAR UCUN imtahanın davametmə müddəti 1 saat artırılır.
Orta ixtisas təhsili müəssisələrinə, rezidenturaya və magistraturaya qəbul imtahanının davametmə müddəti 30 dəqiqə artırılıb.
Inclusivenews.org