Bu gün 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunan futzal turnirinə start verilib.
Inclusivenews.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin idman sarayında AFFA-nın və UNICEF-in dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə və nitq məhdudiyyətli gənclərdən ibarət komandalar arasında futzal turnirinin açılış mərasimi olub.
Yarış haqqında məlumat verən Əlillər Futbolu Federasiyasının rəhbəri Şaiq Həmidov turnirin 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunduğunu və dekabrın 22-dən 27-ə kimi keçiriləcəyini bildirib. Bu cür turnirlərin əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiya olunmasında yüksək rol oynadığını bildirən federasiya rəhbəri bu ilki yarışın gecikmə səbəbinin maliyyə problemi ilə bağlı olduğunu qeyd edib. Sonda Şaiq Həmidov göstərdikləri dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin idman sarayında təşkil olunacaq yarışda "Şimşək”, "Birlik”, "Zirvə” və "Ümid” komandaları birincilik uğrunda mübarizə aparacaqlar.
Birinci turun nəticələrinidiqqətinizə çatdırırıq:
"Şimşək” 3-9 "Birlik”
"Zirvə” 0-15 "Ümid”